...

Facebook erməni separatçılarının səhifəsinin statusunu geri aldı (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2015 10:38 (UTC +04:00)
Facebook sosial şəbəkəsi Dağlıq Qarabağa qarşı yol verilmiş səhvi aradan qaldırıb.
Facebook erməni separatçılarının səhifəsinin statusunu geri aldı (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Facebook sosial şəbəkəsi Dağlıq Qarabağa qarşı yol verilmiş səhvi aradan qaldırıb.

Trend xəbər verir ki, bir müddət əvvəl erməni işğalçıların Facebook sosial şəbəkəsində açdıqları və qondarma "Dağlıq Qarabağ Respublikası"na həsr olunmuş səhifənin rəsmi təsdiqlənmiş statusu götürülüb.

Hazırda həmin səhifə digərləri kimi sıradan bir səhifə olaraq fəaliyyət göstərir.

Qeyd edək ki, Facebookda rəsmi təsdiqlənmiş statusa yalnız real, hər kəs tərəfindən qəbul edilmiş şəxslər, qurumlar malik ola bilərlər. Dünyanın heç bir dövləti, hətta işğalçı Ermənistan tərəfindən tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikası"nın səhifəsinə rəsmi təsdiqlənmiş statusun verilməsi Azərbaycan tərəfindən kəskin narazılıqla qarşılanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti