...

Aureliya Qriqoriu: Azərbaycanlı girovlar üzərində "məhkəmə" təxribatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 13:53 (UTC +04:00)
Azərbaycanlı girovlar üzərində “məhkəmə” başdan ayağa təxribatdır. Bunu Trend-ə Moldovanın parlament vəkili Aureliya Qriqoriu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin “işi” üzrə “apelyasiya məhəkəməsi”nin Xocalının ildönümü günü keçirilməsi məsələsini şərh edərkən deyib.
Aureliya Qriqoriu: Azərbaycanlı girovlar üzərində "məhkəmə" təxribatdır

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycanlı girovlar üzərində "məhkəmə" başdan ayağa təxribatdır. Bunu Trend-ə Moldovanın parlament vəkili Aureliya Qriqoriu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin "işi" üzrə "apelyasiya məhəkəməsi"nin Xocalının ildönümü günü keçirilməsi məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, azərbaycanlı girovların azad edilməsi məsələsi asan deyil və Avropa Məhkəməsinin Ermənistan və Rusiya tərəfindən Avropa İnsan Haqları Konvensiyasının pozulması ilə bağlı qərarından sonra həll edilə bilər.

A.Qriqoriu qeyd edib ki, azərbaycanlı girovlarla bağlı məsələdə Ermənistan və Rusiya Avropa İnsan Haqları Konvensiyasının 3, 5, 6 və 7-ci maddələrini pozublar: "Bu, fundamental azadlıq və şəxsi toxunulmazlıq hüququnun, ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. Qanunsuz həbs məsələsi üzrə Avropa Məhkəməsinə dərhal müraciət etmək lazım idi və hazırda apelyasiya istansiyasının "qərarı"ndan sonra bunu dərhal etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti