...

Mübariz Əhmədoğlu: Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan strukturlarının sayını artırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyun 2015 12:46 (UTC +04:00)
"Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderlandın Haqesteyn şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi ilə tanış oldu. Bu kompleksi Mingəçevir Su Anbarı ilə müqayisə etmək olar. Sonra nümayəndə heyəti Lelistat şəhərində Niderland Su Idarə edilməsi Mərkəzi ilə tanış olub".
Mübariz Əhmədoğlu: Azərbaycan rəhbərliyi  Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan strukturlarının sayını artırır

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderlandın Haqesteyn şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi ilə tanış oldu. Bu kompleksi Mingəçevir Su Anbarı ilə müqayisə etmək olar. Sonra nümayəndə heyəti Lelistat şəhərində Niderland Su Idarə edilməsi Mərkəzi ilə tanış olub".

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, məqsəd aydındır: "Mingəçevir Su Anbarı ermənilərin xüsusi diqqətindədir. Ermənistan prezidenti və müdafiə naziri bu məsələ ilə əlaqədar Azərbaycanı dəfələrlə hədələyiblər. Təbii fəlakət bir yana, Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycanın su təhlükəsizliyinin təmin edilməsi ən aktual məsələlərdən biridir. Su təhlükəsizliyi məsələsi Dağlıq Qarabağ münaqişəsində aktiv hərbi əməliyyatların qarşısında ən böyük maneələrdən biridir. Azərbaycanın inkişafına mane olan problemlərin həllində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti mühüm rol oynaya bilər. Fövqəladə Hallar Nazirliyi Azərbaycanda və beynəlxalq aləmdə xüsusi imicə malikdir. Bu, onun beynəlxalq əlaqələr qurmasına rəy formalaşdırmasını asanlaşdırır. Eləcə də aktual problemlərin həllində Fövqəladə Hallar Nazirliklərinin iştirakı az rast gəlinən məsələdir. O baxımdan Fövqəladə Hallar Nazirliyinin belə məsələlərlə məşğul olması daha çox arzu olunandır. Niderland təsadüfən seçilməyib. Suyun idarə edilməsi üzrə ən böyük təcrübəyə və mexanizmlərə malik olan dövlətdir".

M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan Mədəniyyət və Turizm Narizliyinin ermənilərə qarşı açdığı cəbhə də diqqətdən kənarda qalmır: "Həm UNESCO-da, həm də digər beynəlxalq tədbirlərdə ermənilərin Azərbaycanın tarixi və mədəni abidələrini özününküləşdirməsinə qarşı ciddi mübarizə başlanıb. Bəzən bu mübarizə aktiv hücum siyasəti fazasında da qədəm qoyur. Beləliklə, Azərbaycan hökumət üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycanın inkişafının qarşısını kəsən problemlərin həlli ilə məşğul olan strukturlarının sayı artır".

Politoloq sonra bildirib ki, bir az öncə İqtisadiyyat və Sənaye naziri Ş.Mustafayev bu prosesə qoşulmuşdu: "Xarici İşlər və Müdafiə Nazirliklərindən sonra erməni işğalına qarşı mübarizəyə ilk qoşulan nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyi idi. Ermənilərin kommunikasiya imkanlarının məhdudlaşdırılması, erməni radio dalğalarının Azərbaycan ərazisinə yayılmasının qarşısının alınması, Azərbaycanın radioötürücülərinin ermənilər yaşayan ərazilərə ötürdüyü siqnalın gücləndirilməsi ilə bu nazirlik çoxdan məşğuldur. Hazırda Nazirliyin Fransadan əldə etdiyi kosmik peyk onlayn rejimdə yerüstü təsvirləri Azərbaycana göndərə bilir. Bu isə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində imkanlarını xeyli gücləndirir".

M.Əhmədoğlu vurğulayıb ki, Ermənistanın strateji müdafiəsinin təşkilində ölkədə AES-in olması xüsusi önəm daşıyır: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın ərazisində Atom reaktoru tikilməsini təşkil etməklə Azərbaycanın da strateji təhlükəsizliyininin təminini xeyli gücləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti