...

Azərbaycan Fransaya işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlərin siyahısını təqdim edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2015 13:15 (UTC +04:00)
Azərbaycan Fransaya Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən ölkə şirkətlərinin siyahısını təqdim edib.
Azərbaycan Fransaya işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlərin siyahısını təqdim edib

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Fransaya Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən ölkə şirkətlərinin siyahısını təqdim edib.

Trend-in məlumatına görə, siyahı Bakıda keçirilən Azərbaycan-Fransa işgüzar görüşü çərçivəsində Fransanın Mərkəzsizləşdirmə, Dövlət İslahatları və Dövlət Qulluğu Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Valliniyə təqdim edilib.

Dövlət katibinə, həmçinin işğalçı rejimlə qanunsuz xartiya imzalamış Fransanın bəzi vilayət və şəhərlərinin siyahısı təqdim edilib.

A.Valli qeyd edib ki, təqdim edilmiş məlumat Fransa hökumətinin diqqətinə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti