...

Minsk qrupu münaqişə tərəflərini güc tətbiqini dayandırmağa çağırır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 17:40 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqini dayandırmağa çağırır.
Minsk qrupu münaqişə tərəflərini güc tətbiqini dayandırmağa çağırır (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Trend:

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqini dayandırmağa çağırır. Trend-in xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz, ATƏT-in Minsk qrupunun həmsədr və üzv ölkələrinin nümayəndələri (Rusiya, ABŞ, Fransa, Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç, Türkiyə), eləcə də 2017-ci ildə ATƏT-in gələcək sədri Avstriya və əvvəlki (2015) sədri Serbiya qoşunların təmas xətti boyunca görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik. Biz zərərçəkmiş ailələrin hər birinə başsağlığı veririk. Tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi həlli yoxdur".

Bəyanatda qeyd edilir ki, yerlərdə vəziyyətin pisləşməsi münaqişənin hərtərəfli tənzimlənməsi üçün həmsədrlərin himayəsi altında danışıqların dərhal aparılmasının zəruriliyini təsdiq edir: "Minsk qrupunun üzv ölkələrinin nümayəndələri rusiyalı, amerikalı və fransalı həmsədrlərin səylərinə dəstəyini təsdiq edirlər və onların tərəflərlə mümkün olduğu qədər tez, birbaşa məsləhətləşmələr keçirmək planlarını alqışlayırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti