...

Əli Əhmədov: Azərbaycan Ermənistanın qondarma rejimin tanınması ilə bağlı ortaya atdığı fikri təxribat sayır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2016 16:45 (UTC +04:00)
Azərbaycan Ermənistanın Dağlıq Qarabağdakı qondarma separatçı rejimin tanınması ilə bağlı ortaya atdığı fikri təxribat kimi dəyərləndirir.
Əli Əhmədov: Azərbaycan Ermənistanın qondarma rejimin tanınması ilə bağlı ortaya atdığı fikri təxribat sayır (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Ermənistanın Dağlıq Qarabağdakı qondarma separatçı rejimin tanınması ilə bağlı ortaya atdığı fikri təxribat kimi dəyərləndirir. Trend-in məlumatına görə, bunu jurnalistlərə YAP sədrinin müavini, icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov hesab edir ki, ilk növbədə, Ermənistanın belə bir addımı atmağa cürəti və cəsarəti çatmaz: İkincisi isə bu cür addımın atılması beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması olardı. Təbii ki, bu da Azərbaycana torpaqlarını işğaldan azad etmək üçün məqbul saydığı istənilən addımı atmağa şərait yaradardı. Bu baxımdan mən bunu bir təxribat hesab edirəm. Əlbəttə, bunun böyük bir təxribat olduğunu Ermənistan parlamenti də anlayıb və bu qərarı qəbul etməkdən imtina edib".

Baş nazirin müavini deyib ki, Ermənistanın bu mövqeyindən geri çəkilməsində beynəlxalq və regional güclərin də öz təsiri olub.

Ə.Əhmədov əlavə edib ki, hətta Rusiya Xarici İşlər Nazirliyi belə bir qərarın qəbul edilməsinin danışıqlar prosesinə nə qədər çətinlik yaradacağı ilə bağlı xəbərdarlıq edib: "Hesab edirəm ki, bu xəbərdarlığın da öz təsiri olub. ABŞ və münaqişənin tənzimlənməsi ilə məşğul olan digər tərəflərin də belə bir qərarın qəbul edilməsində öz təsiri olub. Ermənilər indiyədək belə təxribatlar edirlər, indi də bundan əl çəkmirlər və gələcəkdə də edəcəklərini istisna etmirəm".

O, qeyd edib ki, Ermənistanın nə qədər təxribatlar törətməsindən asılı olmayaraq, Azərbaycan öz haqq işindən əl çəkməyib və bundan sonra da əl çəkməyəcək: "Azərbaycanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə üstünlük verməsi heç bir halda işğal altında olan torpaqlardan imtina edilməsi niyyətinin alternativi kimi qəbul oluna bilməz".

Baş nazirin müavini bildirib ki, əgər Ermənistan destruktiv siyasətini və təxribatçı hərəkətlərini davam etdirərsə, bunun bir cavabı olacaq: "Bu da Azərbaycan Ordusunun və xalqının atılan hər bir destruktiv addıma layiqli cavabı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti