...

ATƏT: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2016 02:26 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz.
ATƏT: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanatında deyilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırırlar.

Bəyanatda bildirilir ki, Prezidentlər atəşkəs haqqında müqaviləyə və öz münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqliyi təsdiq ediblər. Zorakılıq artması riskini azaltmaq üçün onlar ATƏT-in istintaq mexanizmi üzərində işlərin daha tez zamanda bitirməsinə razılaşıblar.

Prezidentlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər.

Onlar həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Prezidentlər iyun ayında hər iki tərəf arasında razılaşdırılmış yerdə keçiriləcək danışıqların növbəti mərhələsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti