Bakı. Rufiz Hafizoğlu - Trend:
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Bunu Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) deyiblər.
XİN-dən bildiriblər ki, Türkiyə ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə daha aktiv fəaliyyətə çağırır: "Türkiyənin mövqeyi dəyişməz olaraq qalır - münaqişə sülh yolu ilə həll olunmalıdır".
Ermənistanın atom silahına malik olması ilə bağlı bəyanata gəlincə, Türkiyə XİN-dən qeyd ediblər ki, belə bəyanat hətta Ermənistanın özünün marağında deyil: "Kimyəvi və ya nüvə silahından istifadə bəşəriyyətə qarşı cinayətdir. Biz əminik ki, Ermənistanın nüvə silahı yaratmaq üçün imkanları yoxdur".