...

Ekspert: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə birgə işləyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2016 17:01 (UTC +04:00)
"ABŞ-da digər partiyanın hakimiyyətə gəlməsi ölkənin siyasi xəttinə böyük dəyişikliklər gətirməyəcək".
Ekspert: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə birgə işləyəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə çalışmaqda davam edəcək. Bu sözləri Trend-ə siyasi analitik, Vaşinqtondakı “Gulf State Analytics”-in baş müşaviri Teodor Karasik deyib.

"ABŞ-da digər partiyanın hakimiyyətə gəlməsi çox güman ki, ölkənin siyasi xəttinə böyük dəyişikliklər gətirməyəcək. D.Tramp Cənubi Qafqazla münasibətdə Obamanın son iki ildə yürütdüyü siyasəti davam etdirəcək". T.Karasik son illərdə ABŞ-ın faktiki olaraq regionda liderliyi Moskva və Ankaraya verdiyini bildirib.

Siyasi ekspert Tramp administrasiyasının regionda enerji sahəsində səmərəli razılaşmaların əldə olunmasına çalışacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti