...

Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsi ATƏT sədrliyi dövründə Almaniyanın qarşılaşdığı əsas çağırışlardan biri olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Dekabr 2016 11:35 (UTC +04:00)
Aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsi yenidən diqqət mərkəzinə gəldi.
Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsi ATƏT sədrliyi dövründə Almaniyanın qarşılaşdığı əsas çağırışlardan biri olub

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsi ATƏT sədrliyi dövründə Almaniyanın qarşılaşdığı əsas çağırışlardan biri olub. Trend-in məlumatına görə, bunu Almaniyanın ATƏT-ə sədrliyinin yekunları barədə danışan bu ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Nazirin sözlərinə görə, bir müddət Dağlıq Qarabağ münaqişəsi Avropa ictimaiyyətinin diqqətindən kənarda qalsa da, aprel hadisələrindən sonra bu münaqişə yenidən vacib əhəmiyyət kəsb etdi.

Ştaynmayer deyib: “Münaqişənin deeskalasiyasında ATƏT-in səyləri vacib idi. Biz ümid edirik ki, münaqişənin siyasi həlli üzrə danışıqlar üçün yeni imkanlar yaranacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti