...

Ermənistana məxsus taktiki PUA məhv edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2017 18:07 (UTC +04:00)
Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki PUA məhv edilib
Ermənistana məxsus taktiki PUA məhv edilib (FOTO)

Bakı. Trend:

Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki PUA Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti