...

ABŞ laçınlı məcburi köçkünlər üçün yeni məktəb tikib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2017 13:05 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkün icması üçün yeni məktəb tikib
ABŞ laçınlı məcburi köçkünlər üçün yeni məktəb tikib (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları ABŞ Müdafiə Departamentinin Humanitar Yardım proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeronun Masazır qəsəbəsində yeni məktəb tikib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məktəb Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün inşa edilib. Bu gün səfir Sekuta 350 şagirdi olan məktəbin rəsmi açılışını edib. Məktəb uşaqları təhsil almaq üçün daha geniş, daha işıqlı və daha yaxşı havalandırılan sinif otaqları, müasir avadanlıq və daha sağlam şəraitlə təmin edir. Mərasimə həmçinin xanım Sekuta, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə dövlət komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın İcra Hakimiyyətinin rəhbəri Aqil Nəzərli, Abşeron İcra Hakimiyyətinin rəhbəri İradə Gülməmmədova və digərləri qatılıb.

Bu layihə ABŞ Müdafiə Departamentinin Humanitar Yardım proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir. On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Laçın rayon məktəbi və digər məktəb layihələri ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi vasitəsilə ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusu ilə birgə həyata keçirilib. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və su ilə təminat layihələri də daxil olmaqla 22 humanitar yardım layihəsi üçün 5 milyon dollar ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti