...

The Washington Times: ABŞ qanunsuz rejimi deyil, həqiqi müttəfiqləri maliyyələşdirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2017 13:34
ABŞ digər dövlətlərin vassalı olmayan həqiqi müttəfiqləri maliyyələşdirməlidir
The Washington Times: ABŞ qanunsuz rejimi deyil, həqiqi müttəfiqləri maliyyələşdirməlidir

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ digər dövlətlərin vassalı olmayan həqiqi müttəfiqləri maliyyələşdirməlidir.

Trend-in məlumatına görə, bu, “Jewish News Service” qəzetinin keçmiş baş redaktoru Ceykob Kamarasın “The Washington Times” qəzetində dərc olunan “Dağlıq Qarabağa görə mənəvi oriyentirlərin itirilməsi” məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, Amerika hökumətinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qeyri-qanuni rejimə maliyyə yardımı göstərməsi ABŞ-ın rəsmi xarici siyasətinə uyğun deyil.

Müəllif vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünün həqiqətən dəstəklənməsi ABŞ tərəfdən Dağlıq Qarabağdakı qeyri-qanuni rejimə maliyyə yardımının dayandırılmasını da şərtləndirməlidir.

C.Kamaras məqaləsində onu da qeyd edir ki, Ermənistan faktiki olaraq başqa bir dövlətin vassalıdır, amma buna baxmayaraq amerikalı vergi ödəyicilərinin pullarını istifadə etməkdə davam edir:

“Amerika digər dövlətlərin vassalı olmayan həqiqi müttəfiqləri maliyyələşdirməlidir. Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimə maliyyə yardımının dayandırılması bütün dünyaya adekvat ismarıc olardı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti