...

Türkiyəli professor: Xocalı faciəsi insanlığın vicdan yarasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2018 12:19 (UTC +04:00)
Xocalı faciəsi heç vaxt unudulmayacaq və insanlığın vicdan yarasıdır.
Türkiyəli professor: Xocalı faciəsi insanlığın vicdan yarasıdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Xocalı faciəsi heç vaxt unudulmayacaq və insanlığın vicdan yarasıdır.

Trend-in məlumatına görə, bunu İstanbuldakı Yıldız Texniki Universitetinin rektoru professor Yaşar Hacısalihoğlu ali məktəbdə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş sərgidə bildirib.

Y.Hacısalihoğlu qeyd edib ki, Xocalıda qətlə yetirilən insanların xatirəsi əsla unudulmayacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti