...

“AzerGold” QSC Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 17:15 (UTC +04:00)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbər və işçi heyətin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinin bu qanlı cinayət haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynadığını bildirib. Sədr bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş təbliğat işləri, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Xocalıya ədalət” kampaniyası sayəsində bir çox ölkələrin qanunverici orqanları və ABŞ-ın 19 ştatı tərəfindən Xocalı soyqırımının tanındığını və xatırlandığını qeyd edib. Z.İbrahimov işğal altında olan torpaqların, o cümlədən Xocalının azad olunacağı günün daha da tez yaxınlaşması üçün hər bir vətəndaşın Prezidentin siyasi xətti ətrafında sıx birləşməsinin önəmini vurğulayıb.

Tədbir iştirakçıları Ulu Öndərin qurduğu və Prezidentin uğurla inkişaf etdirdiyi güclü Azərbaycan dövləti sayəsində vətəndaşlarımıza qarşı bir daha belə cinayətlərin törədilməyəcəyinə dair öz əminliklərini bildiriblər.

Daha sonra anım tədbirində “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti