...

XİN: Polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2018 11:43 (UTC +04:00)
Polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir.
XİN: Polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan polis qüvvələrinin, yaxud daxili qoşun qüvvələrinin Ermənstan-Azərbaycan sərhədi boyunca dislokasiya edilməsi açıq şəkildə Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsi ilə əlaqədar ciddi problemlərin göstəricisidir və bu, bütövlükdə Ermənistandakı demoqrafik problemlərlə əlaqəli olan bir məsələdir:

"Bundan əvvəl də Ermənistan KİV-lərində Ermənistan daxili qoşun birləşmələrinin Azərbaycanın işğal edilmiş bölgələrinə yerləşdirilməsi barədə məlumatlar verilmişdi. Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini və texnikasını böyük bir həcmdə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirib, əlavə qoşun birləşmələrinin də ora yerləşdirilməsi Ermənistanın işğalçı dövlət olduğunu bir daha təsbit edir və göstərir".

XİN rəsmisi bildirib ki, belə qanunsuz hərəkətlər heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən amil deyil, əksinə, regionda gərginliyin daha da artmasına xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti