...

Amerikalı ekspert: Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2018 17:23 (UTC +04:00)
Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir
Amerikalı ekspert: Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir.

Bunu Trend-ə amerikalı siyasi analitik, “Gulf State Analytics”in Vaşinqtondakı baş müşaviri Teodor Karasik deyib.

Ekspert qeyd edib ki, Yerevan “Şant-2018” təlimlərinə Ermənistan və Rusiya prezidentlərinin görüşündən dərhal sonra, ölkənin siyasi həyatındakı gərginlik fonunda başlayıb:

“Bu cür bəyanatlar ritorik xarakter daşıyır, amma aydındır ki, nizamlama prosesini də çətinləşdirir. Ona görə də münaqişə həm kiberməkanda, həm də real həyatda davam edəcək”.

Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti