...

Dünyada insan ölümünün başlıca səbəbi açıqlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2018 10:43 (UTC +04:00)

Bakı. Trend:

Dünyada hər il spirtli içkidən təxminən 3 milyon nəfər vəfat edir.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Qeyd olunur ki, bu rəqəm QİÇS, zorakılıq və yol qəzaları nəticəsində qeydə alınan ölümlərdən çoxdur.

Hesabata əsasən, hər 20 ölümdən 1-nin səbəbi spirtli içkilərin istifadəsidir.

Bundan başqa, ÜST-ün hesablamalarına əsasən dünyada təxminən 237 milyon kişi və 46 milyon qadın spirtli içki asılılığlından əziyyət çəkir.

Dünyada 2,3 milyard insan orta hesabla hər gün 33 qram spirt qəbul edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti