Bakı. Trend:
Ermənistanda hərbi qulluqçu ölüb.
Trend-in məlumatına görə, bunu Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Hovanisyan deyib.
N saylı hərbi hissənin 2000-ci il təvəllüdlü sıravi - feldşeri Hamlet Avaqvan güllə yarasından həlak olub.
Fakt araşdırılır.
Qeyd edək ki, ötən gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış hərbi hissələrdən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü müddətli hərbi xidmət hərbi qulluqçuçu Karen Karapetyanın meyiti tapılıb.
Onun hələ məlum olmayan şəraitdə aldığı güllə yaralarından öldüyü bildirilir.