...

Rusiya XİN Dağlıq Qarabağda vəziyyətlə bağlı maksimum təmkinli olmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2020 12:54 (UTC +04:00)
Rusiya XİN Dağlıq Qarabağda vəziyyətlə bağlı maksimum təmkinli olmağa çağırır

Bakı. Trend:

Moskva Dağlıq Qarabağda vəziyyətlə əlaqədar bütün daxili və xarici iştirakçıları maksimum təmkinli olmağa çağırır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, indi atəşin dayandırılması və tərəflərin danışıqlar masasına qayıtması üçün maksimum ehtiyatlı olmaq lazımdır:

"Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində 1991-ci ildən bu prosesdə aktiv iştirak edir. Biz bütün tərəfdaşlarla təmasları davam etdirmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti