Bakı. Trend:
Türkiyənin “Summer Tour” kimi tanınan “BERİL OTELCİLİK & TURİZM” şirkəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat dəyərində vəsait ianə edib.
Şirkət rəhbərliyi Dağlıq Qarabağdakı münaqişə kontekstində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycan ordusuna inamlı qələbələr arzulayır!