...

Dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alacaq - Pərvin Kərimzadə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2020 14:51 (UTC +04:00)
Dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alacaq - Pərvin Kərimzadə

Bakı. Trend:

Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salan faşist niyyətli ermənilər bir çox beynəlxalq təşkilatların çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymayaraq hələ də işğalçı mövqeyində qalır. XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanan Xocalı soyqırımı ermənilər üçün yetərli olmadı. “Dənizdən dənizə” sarsaq xülyaları naminə insanlığa qarşı ən ağır cinayətlərə- dinc əhalinin vəhşicəsinə kütləvi qırğınına əl atmaqdan usanmayan barbar ermənilər yeni qətliamlara qərar verdilər.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, habelə, 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, dinc sakinlərimizi bilərəkdən hədəfə almaqda davam edir.

Azərbaycan ilə Ermənistan arasında humanitar əsasda atəşkəs elan edilməsinə baxmayaraq, erməni tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur. Ən acınacaqlısı isə odur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan, 500 mindən çox əhalinin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən Gəncə erməni vandalları tərəfindən raket və artilleriya atəşinə məruz qalır. Oktyabrın 11-də gecə saatlatında Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə atılan qadağan olunmuş raket 3 yaşayış binasını dağıtdı, yerlə yeksan etdi. Ermənistanın dinc və günahsız azərbaycanlılara qarşı törədilən növbəti terror aktı, barbar və vəhşi hücumu nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 40 nəfər yaralandı. Uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəsini vurmaları onların xain planlarının bir hissəsi idi.

Ermənistanın humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımda təsdiq edir. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərlərinin yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçməkdir. Həm də raket hücumları Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən həyata keçirilirsə bu birbaşa regionda sülh və sabitliyə ciddi təhlükədir.

Düşmənlərin mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmasında məqsəd dinc sakinləri təşvişə salmaq idi. Əminliklə deyə bilərik ki, avantürist erməni hakimiyyəti məqsədinə çata bilmədi, Azərbaycan xalqında,həmçinin Gəncə sakinlərində heç bir təşviş yarada bilmədilər. Xalqımız, o cümlədən, bütün gəncəlilər düşmən terrorundan, təxribatından çəkinmədən öz işinə-gücünə davam edir, şanlı Ordumuzun uğurlarından daha da ruhlanır və əmindirlər ki, tezliklə Azərbaycan haqq mübarizəsində qalib olacaq. Günahsız uşaqları hədəfə alan, evlərini yerlə yekan edən, dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağı altında qalan torpaqlarımızı azad edəcək, erməni təcavüzünə, amansızlığına son qoyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti