...

Ermənistan bugünədək axıtdığı qanların cəzasını aldı - Bahçeli

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 13:42 (UTC +04:00)
Ermənistan bugünədək axıtdığı qanların cəzasını aldı - Bahçeli

Bakı. Trend:

Ermənistan bu günədək axıtdığı qanların cəzasını aldı, 30 illik zülm başa çatdı.

Trend-in məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli deyib.

O bildirib ki, noyabrın 10-da atəşkəs bərqərar edilməklə Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytaracaq:

"Rusiya və Türkiyə sülhməramlı qüvvələri yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə Laçın dəhlizi ilə insanların hərəkətinin təhlükəsizliyini təmin edəcək. Azərbaycanın qərb bölgələri isə Naxçıvanla dəhliz vasitəsi ilə bağlanacaq. Bundan sonrasını Paşinyan düşünsün. Qarabağ türk torpağıdır, Qarabağ azaddır, Qarabağ Azərbaycandır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti