...

Ankara və London Qarabağı müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2020 10:25 (UTC +04:00)
Ankara və London Qarabağı müzakirə edib

Bakı. Trend:

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Böyük Britaniyanın Məxfi kəşfiyyat xidmətinin (MI6) rəhbəri Riçard Murla görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ məsələsi və Liviyadakı hazırkı vəziyyət ətraflı müzakirə olunub.

Tərəflər təhlükəsizlik və xarici siyasət sahəsində əməkdaşlıq, eləcə də Türkiyə ilə Böyük Britaniya arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti