...

Serbiya mediası Azərbaycandakı bayram əhval-ruhiyyəsindən yazıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2020 10:07 (UTC +04:00)
Serbiya mediası Azərbaycandakı bayram əhval-ruhiyyəsindən yazıb

Bakı. Trend:

Serbiya mətbuatı Dağlıq Qarabağ ərazisinin işğaldan azad edilməsi və bu münasibətilə Azərbaycanda bayram əhval-ruhiyyəsinin yaşandığına dair məqalə dərc edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə www.nedeljnik.rs xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ərazilərdə nəzarətin bərpa olunmasını tarixi qələbə adlandırıb.

Prezidentin xalqa müraciətində "Biz hamımız bir arzu ilə yaşayırdıq və indi onu həyata keçirmişik. Biz döyüş meydanında və siyasi arenada qalib gəlmişik və bu qələbə ölkəmiz üçün yeni mərhələ açır. Bu, inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaq" fikrini söylədiyinə diqqət cəlb edilib.

Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğu, Ermənistanın bu bölgəni və ona bitişik rayonları işğal etdiyi, sentyabrın 27-də başlamış 44 günlük müharibə ərzində Azərbaycan ordusunun torpaqları işğaldan azad etdiyi və ərazi bütövlüyünün təmin olunduğu qeyd edilib. Azərbaycan ordusunun qazandığı hərbi üstünlük nəticəsində Ermənistanın sülh razılığına imza atmağa məcbur olduğu bildirilib.

Müharibənin nəticələrinin Azərbaycanda bayram edildiyi, Ermənistanda isə kütləvi etiraz aksiyalarına səbəb olduğu vurğulanıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.nedeljnik.rs/azerbejdzan-slavi-jer-je-povratio-teritoriju-u-nagorno-karabahu-ziveli-smo-sa-jednim-snom-i-sada-smo-ga-ostvarili/?fbclid=IwAR1JbZW3VpOYmfUIv1xJS4Vvsso7RmFyzEzJ1SovvIftGhHb-ybT1D2TVkc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti