/ARKA/ Dağlıq Qarabağ münaqişəsinin nizamolanması üzrə danışıqların hər bir mərhələsində yeni elementlər ortaya çıxa bilər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Moskvada azərbaycanlı həmkarı ilə qarşıdakı görüşü ərəfəsində bəyan edib.
Ermənistanın xarici siyasət idarəsitnin rəhbərinin sözlərinə görə, bununla yanaşı onda qarşıdakı görüşlə bağlı nə nikbinlik, nə də bədbinlik var və o, hər hansı müəyyən bir fikir söyləyə bilməz. "Əvvəl biz o qədər də böyük lolmayan irəliləyişdən danışırdıq, lakin onu nazirlər daha sonra prezidentlər səviyyəsində inkişaf etdirə biləcəyimizi növbəti danışıqlar göstərəcək ",- deyə V. Oskanyan bəyan edib. Nazir qarşıdakı görüşün nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkərək bəyan edib ki, "ətrafında danışıqların aparıldığı hər hansı bir sənəd mövcud deyil ".
Buna baxmayaraq, onun sözlərinə görə, XİN rəhbərlərinin görüşü Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının davamıdır. "Prezidentlər bizim qarşımızda tapşırıqlar qoyublar və biz bu istiqamətdə işləyirik. Müəyyən irəliləyiş var, lakin bizim qarşımıza qoyduğumuz vəzifəni axıradək yerinə yetirəcəyimizi söyləməyə bilmərəm ",- deyə V. Oskanyan qeyd edib.
O həmçini bildirib ki, Qarabağ nizamlanmasını Ermənistanda Konstitusiya islahatları ilə referendum və ya Azərbaycanda parlament seçkiləri ilə əlaqələndirmək lazım deyil. "Biz hələlik müəyyən problemlərin açıq müzakirəsi mərhələsinə daxil olmamışıq. Referendum və ya Azərbaycanda seçkilər danışıqlar prosesinə əsaslı təsir göstərməməlidir ",- deyə Ermənistan XİN-in rəhbəri bəyan edib.