...

ABŞ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZAN GÖRÜŞÜNÜN ÖZ NƏTİCƏSİNİ VERƏCƏYİNƏ ÜMİD EDİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2005 13:06 (UTC +04:00)

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmiş səyləri dəstəkləyir və Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın Kazan görüşünün nəticə verəcəyinə ümid edir". Trend in məlumatına görə, belə bəyanatla ABŞ-ın Vyanada (Avstriya) ATƏT-dəki yeni səfiri Culi Finli ATƏT-in Daimi Şurasının iclasında çıxış edib.

ABŞ nümayəndəsi C.Finli 1990-1994-cü ildə Ermənistanla Azərbaycan arasında qanlı döyüşlərin getdiyi Dağlıq Qarabağda münaqişənin tezliklə nizamlanması üzrə Ağ Evin mövqeyini təsdiq edib. O xatırladıb ki, avqustun 25-də MDB ölkələri liderlərinin Kazan sammiti ərəfəsində dövlət katibi Kondoliza Rays hər iki ölkə başçısına zəng edərək onları sənədin imzalanmasında irəliləyiş əldə etməyə çağırıb.

"Biz tərəfləri problemin tezliklə həll olunmasına çağırırıq. ABŞ-ın Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi üzrə özünün rəsmi mövqeyinin aydın əks olunduğu bəyanatı açıqlayıb", - deyə o qeyd edib.

"ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və davam edən danışıqlar prosesində fəal iştirak edir. Münaqişənin müsbət həlli isə bütün regionun əhalisinə müsbət təsir göstərəcək", - deyə diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti