...

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti Xocalı faciəsi ilə bağlı bəyanat hazırlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2006 17:16 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasındakı (PA) Azərbaycanın nümayəndə heyəti Xocalı faciəsinin 14-cü ildönümü ilə bağlı hazırladığı bəyanatı assambleyanın Vyanada keçiriləcək 5-cı qış sessiyasında parlamentarilərə təqdim edəcək. Bu barədə Trend ə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib.

E.İbrahimov qeyd edib ki, ingilis və rus dillərinə tərcümə olunan bəyanat sessiya zamanı parlamentarilərə paylanılacaq. Eyni zamanda məlum faciənin törədilməsi səbəbləri və səbəbkarlarının hələ də məsuliyyətə cəlb olunmaması barədə məsələ qaldırılacaq. Nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, 5-ci qış sessiyasında assambleyanın üç komitəsində müxtəlif məsələlərlə bağlı müzakirələr aparılacaq. Öncə insan haqları və demokratiya komitəsi, daha sonra isə siyasi məsələlər və ətraf mühitlə bağlı yaradılan komitələr işini davam etdirəcək.

Qeyd edək ki, ATƏT PA-nın 5-ci qış sessiyası fevralın 23-24-də Vyanada keçiriləcək. Azərbaycan nümayəndə heyətini isə parlamentin vitse-spikeri Bahar Muradova, Eldar İbrahimov, Rəbiyyət Aslanova və Fəttah Heydərov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti