...

Əli Həsənov: "Azərbaycanda üçüncü dövlətdən gələn 13-14 min qaçqın var"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2006 15:55 (UTC +04:00)

Üçüncü dövlətdən Azərbaycanda sığınacaq tapan insanlara qaçqın statusunun verilməsi prosesi davam edir. Trend xəbər verir ki, bu barədə baş nazirin müavini, qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirib.

Komitə sədri onu da bildirib ki, bir neçə il bundan öncə həmin qaçqınlara hökumət öz qayğısını göstərə bilmirdi. Bu da 1 milyondan artıq öz qaçqın və köçkünümüzün mövcudluğu ilə bağlı idi: "İndi artıq bu problemlər aradan qaldırılıb. Azərbaycana gələn qaçqınların təhsil və səhiyyə problemləri həll olunub". Ə.Həsənov Azərbaycana gələn çeçen qaçqınları ilə bağlı yalnız bir problemin mövcudluğunu qeyd edib. Bildirib ki, bu qaçqınlar ölkəyə qeyri-leqal yolla daxil olurlar: "Ona görə də bu insanların şəxsiyyətlərini tam müəyyənləşdirə bilməmişik. Biz Rusiyadan bu məsələdə köməklik etmələrini xahiş etmişik".

Ə.Həsənov Azərbaycanda üçüncü dövlətdən gələn 13-14 min qaçqının olduğunu bildirib: "Bunlar çeçenlər, əfqanlar, iraqlılar və fələstinlilərdir. Artıq bunlardan 50-i qaçqın statusu alıb". Komitə sədri onu da bildirib ki, Azərbaycanda qaçqın statusu alan insanlar bizim məcburi köçkünlərə şamil olan imtiyazlardan istifadə etmək hüququna malikdirlər.

Xəbər lenti

Xəbər lenti