Aprelin 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfnidən atəşkəsin pozulması nəticəsində üzündən yaralanmış əsgər Novruz Nurəddin oğlu İsmayılovun səhhəti üçün heç bir təhlükə yoxdur. Bu barədə Trend ə Azərbaycan Respubilikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.
İ.Verdiyev bildirib ki, hazırda əsgər Tərtər bölgəsindəki hospitalda həkimlərin nəzarəti altındadır.
1987-ci il təvəllüdlü Novruz İsmayılov 2005-ci ildə Daşkəsən rayon Hərdbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.