...

Eldar İbrahimov: "ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağ məsələsini gündəmə gətirməyə çalışacağıq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2006 15:21 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (PA) iyulun 3-7-də Brüsseldə keçiriləcək yay sessiyasında

Dağlıq Qarabağ məsələsinin müzakirəsinə çalışacağıq. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bildirib.

E.İbrahimov qeyd edib ki, məruzəni ATƏT PA-nın Dağlıq Qarabağ üzrə nümayəndəsi Qoren Lenmarker hazırlayır: "Qoran Lenmarker məruzə ilə bağlı tərəflərə müraciət edib ki, təkliflərimizi verək. Təkliflərə baxılandan və razılaşma əldə olunandan sonra məsələ sessiyanın gündəliyinə salınacaq. Biz buna çalışacağıq. İndidən bu məsələnin müzakirəyə çıxarılmayacağı barədə dəqiq söz demək çətindir".

E.İbrahimov onu da bildirib ki, təkliflər arasında mübahisə yaranıb: "Ermənilər təklif edir ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr qurulsun, yollar açılsın, sonra isə ərazi bütövlüyü məsələsinə baxılsın. Biz isə qətiyyətlə bildirmişik ki, əvvəlcə ermənilər işğal etdikləri Azərbaycan ərazilərini tərk etsinlər, sonra isə iqtisadi əlaqələrdən danışmaq olar".

E.İbrahimov onu da vurğulayıb ki, sessiyada "ATƏT regionunda insanların təhlükəsizliyinin təmin olunması" mövzusunda Azərbaycanın nümayəndə heyəti çıxışlar hazırlayacaq.

Bildirib ki, mövzunu Ermənistanın işğalçı siyasəti və Dağlıq Qarabağ problemi ilə bağlayacaqlar: "Qeyd edəcəyik ki, əgər ATƏT-in tərkibində olan dövlətlərin vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmiriksə, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti hələ də davam edirsə və bu siyasət nəticəsində bir milyondan çox vətəndaşımız doğma yurdlarından didərgin düşübsə, hansı təhlükəsizlikdən söhbət gedə bilər?"

Xəbər lenti

Xəbər lenti