...

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2006 12:17 (UTC +04:00)

İyulun 28-də Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs pozulub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 20.10-dan 20.30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 3,5 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemtyotlardan atəşə tutulub.

Cavab atəşilə duşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti