...

Cəbrayıl və Füzuli rayonlarının işğalından 13 il ötdü

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2006 11:33 (UTC +04:00)

Bu gün - avqustun 23-də Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 13 il ötür. Trend in məlumatına görə, Ermənistanın Azərbaycana təcavüzü dövründə 1993-cü il avqustun 22-23-də Füzuli və Cəbrayıl rayonlarının mərkəzləri ətraf kəndlərlə birlikdə erməni işğalçılarının nəzarətinə keçib.

Cəbrayıl rayonunun ərazisi 1050 kv.km, əhalisi isə 52 min 248 nəfər olub. Rayon ərazisində bir şəhər, 90 kənd yerləşib. Cəbrayılın 1 peşə məktəbi, 78 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 5 məscidi, 127 tarixi abidəsi, 2 muzeyi, 149 mədəniyyət ocağı mövcud olub. İşğal altında olan Cəbrayılın demək olar ki, bütün yaşayış məntəqələri, tarixi abidələri, ərazidə olan bütün binalar, tikililər və meşələr yandırılaraq məhv edilib.

Füzuli rayonunun ərazisi 1392 kv. km, əhalisi isə 106 min nəfərə yaxın olub. Rayonun ərazisində 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd olub. Rayonda 12-dən çox yaşayış müəssisəsi, 14 tikinti, 6 nəqliyyat müəssisəsi, 86 orta məktəb, 1texnikum, 40 məktəbəqədər müəssisə, 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, 685- ə yaxın tibb müəssisəsi- xəstəxana və digər yaşayış, mədəniyyət, tarixi abidə və binalar mövcud olub. Hazırda Füzuli rayonunun təxminən 93 faizi erməni işğalı altındadır. Füzuli rayonunun yaşayış yerləri, tarixi, mədəni və digər abidələri, həmçinin insanın formalaşmasına dair dünyanın 3-cü ən qədim tarixi abidəsi olan Azıx mağarası erməni işğalçıları tərəfindən talan edilib və yandırılıb.

Xəbər lenti

Xəbər lenti