...

Cəbrayıl və Füzulinin işğalının ildönümü ilə bağlı Kanadada, İçveçdə etiraz aksiyası keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2006 11:38 (UTC +04:00)

"Azərbaycan yolu" Siyasi Hərəkatı "Qarabağ" Ümumdünya Etiraz Aksiyaları çərçivəsində Cəbrayıl və Füzuli rayonlarının işğalının 13-cü ildönümünə etiraz olaraq bu gün İsveçin Stokholm şəhərində və Kanadanın Feyerbax şəhərində aksiyalar keçirəcək. Bu barədə Trend ə siyasi hərəkatdan məlumat verilib.

Stokholmdakı mitinq şəhərin "Sergelstrob" meydanında olacaq. Tədbirdə ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının, yandırılmış tarixi, mədəni abidələrin şəkilləri nümayiş etdiriləcək. Mitinq İsveç vaxtı ilə 13.00-da (Bakı vaxtı ilə 15.00-da), Feyerbaxda isə Kanada vaxtı ilə saat 15.00-da (Bakı vaxtı ilə 18.30-da) keçiriləcək.

"Qarabağsız Azərbaycan yoxdur!" şüarı altında keçiriləcək aksiyalarda BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməsi və dünya birliyi tərəfindən Ermənistanın işğalçı dövlət kimi tanınması tələb olunacaq. Aksiyaların sonunda bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara müraciət qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti