Oktyabrın 20-də Azərbaycan və Ermənistan sərhədində hər iki ölkənin müdafiə nazirləri Səfər Əbiyev və Serj Sarkisyanın görüşü keçirilib. Bu barədə Trend ə Azərbaycanın Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Tahir Musayev məlumat verib.
O bildirib ki, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin iştirakı ilə keçirilən görüş günorta başlayıb və bir saata yaxın davam edib. Görüş İcevan-Qazax sahəsində, neytral zonada keçirilib. Danışıqların detalları açıqlanmır, - deyə icra hakimiyyəti nümayəndəsi bildirib.