...

Noyabrın 21-23-də ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişə regionuna səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2006 12:30 (UTC +04:00)

Noyabrın 21-23-də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu həmsədrləri regiona növbəti dəfə səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bu barədə razılaşma bir gün əvvəl Azərbaycan və Ermənistanın xarici işlər naziri Elmar Məmmədyarov və Vardan Oskanyanın, o cümlədən MQ həmsədrlərinin Brüsseldə görüşü zamanı əldə olunub. Vasitəçilər İrəvan və Bakıya səfər etmək, münaqişənin həlli ilə bağlı son təşəbbüsləri müzakirə etmək üçün bu ölkələrin rəhbərləri ilə danışıqlar aparmaq niyyətindədir.

Səfər zamanı yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində növbəti görüşün təşkili ilə bağlı məsələ də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti