...

Azərbaycan və Ermənistan XİN başçıları dekabrın 6-da Brüsseldə görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2006 20:50 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin Minsk görüşündə Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunmayıb və olunmayacaq. Trend ATV-yə istinadən bildirir ki, bu barədə prezidentin Dağlıq Qarabağ məsələləri üzrə şəxsi nümayəndəsi Araz Əzimov məlumat verib.

Araz Əzimovun sözlərinə görə, danışıqlar razılaşmanın əldə olunmasına imkan yaradır, nizamlama prosesi intensivləşib. Artıq gələn həftə danışıqlar XİN başçıları Elmar Məmmədyarov və Vardan Oskanyan səviyyəsində davam etdiriləcək. Görüş dekabrın 6-də ATƏT ölkələri XİN başçılarının Brüssel toplantısı çərçivəsində keçiriləcək. "Müzakirələr prezidentlərin verdiyi təlimatlar əsasında davam etdirilicək".

Minsk görüşünün nəticələrini şərh edən A.Əzimov deyib ki, artıq beynəlxalq ictimaiyyətdə münaqişənin həlli ilə bağlı konkret yanaşma formalaşıb. Bu isə münaqişənin hüquqi prinsiplər çərçivəsində nizamlanmasıdır.

Xəbər lenti

Xəbər lenti