...

BMT-nin Təhlükəsizlik Şurası münaqişələrin qarşısının alınmasının hərtərəfli strategiyasının hazırlanmasını zəruri hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2007 15:19 (UTC +04:00)

BMT-nin Təhlükəsizlik Şurasının üzvləri münaqişələrin qarşısının alınmasının hərtərəfli strategiyasının hazırlanmasını zəruri hesab edirlər. Bu barədə Trend xəbər verir.

BMT-nin Təhlükəsizlik Şurası Baş Assambleya tərəfindən BMT-nin Qlobal əks-terror strategiyasının qəbul olunmasını salamlayıb və onun həyata keçirilməsində öz rolunu oynamağa hazır olduğunu bildirib. Şuranın bütün üzvləri adından çıxış edən sədr, BMT yanında Rusiyanın daimi nümayəndəsi Vitali Çurkinin bəyanatında vurğulanıb ki, Şura nüvə, kimya və bioloji silahın və onun çatdırılması vasitələrinin yayılmasının səbəb olan istənilən təhlükənin qarşısının alınması üzrə effektiv tədbirlər görmək niyyətindədir.

Şura üzvləri münaqişələrin qarşısının alınması və həlli üzrə tədbirləri möhkəmləndirməyə hazır olduqlarını bildirib, eləcə də münaqişədən sonrakı sülh quruculuğunun əhəmiyyətini qeyd ediblər.

Sədrin bəyanatı sülh və təhlükəsizliyin əsas təhlükələrinə həsr olunmuş iclasın yekunu oldu. Bəyanatda münaqişələrin, o cümlədən dövlətdaxili münaqişələrin qarşısının alınması üzrə daha səmərəli səylərin görülməsinin əhəmiyyəti vurğulanıb. Bununla əlaqədar Şura Baş katibə mütəmadi olaraq ona silahlı münaqişələrin yaranma təhlükəsinin mövcud olduğu bölgələr haqqında analitik məruzələr təqdim etməyi təklif edib.

Şura hesab edir ki, BMT-nin sülhün dəstəklənməsi üçün əməliyyatların planlaşdırılması üzrə potensialını möhkəmləndirmək lazımdır. O, Təhlükəsizlik Şurasından gələn istənilən mandatı operativ şəkildə yerinə yetirməyə və çatışmayan sülhməramlı resurslardan daha effektiv şəkildə istifadə etməyə çağırıb.

"Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin keşiyində durmağı öz üzərinə götürür və bütün dövlətlərin suveren bərabərliyi, milli suverenliyi, ərazi toxunulmazlığı və siyasi müstəqilliyi prinsiplərinin tərəfdarı olduğunu təsdiq edir...", - deyə BMT Təhlükəsizlik Şurası Sədrinin bəyanatında qeyd olunub.

Şura üzvləri Baş katib Pan Gi Munun onların qarşısında ilk çıxışını salamlayıb və "sülhün qarşılaşdığı hərtərəfli və qarşılıqlı əlaqədə olan çağırış və təhdidlərə daha səmərəli reaksiya verilməsinin təmin edilməsinin üzərində onunla məqsədyönlü şəkildə və əməli işlərə yönəlmiş vasitə ilə sıx surətdə işləmək" vəzifəsini öz üzərlərinə götürüblər.

Xəbər lenti

Xəbər lenti