Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayon istiqamətində atəşkəsi pozub. Trend in bölgə müxbirinin xəbərinə görə, erməni hərbi birləşmələri Ağdam rayonun işğal altında olan Baş Qərvənd və Yusifcanlı kəndlərindən gecə saatlarında qısa fasilələrlə Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat silahlarından atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, ölən və yaralanan yoxdur.