...

Deputat Fazil Qəzənfəroğlu: "ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2007 13:41 (UTC +04:00)

Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyəti qurumun qış sessiyasında Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəklər. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

Xatırladaq ki, ATƏT PA-nın qış sessiyası fevralın 20-25-də Vyanada keçiriləcək.

F.Qəzənfəroğlunun sözlərinə görə, ölkəmizi təmsil edən deputatların sessiya çərçivəsində ATƏT PA-nın sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarkerlə görüşəcəyi gözlənilir.

"Biz ATƏT PA-nın bütün sessiyalarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırırıq. Azərbaycanın əsas problemi ilə bağlı həqiqətləri sessiya iştirakçılarının diqqətinə çatdırırıq", - deyə deputat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti