...

ATƏT-in Minsk qrupu həmsədrləri Bakıda Azərbaycan prezidenti ilə danışıqlar aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2007 11:41 (UTC +04:00)

Yanvarın 24-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupu həmsədrləri ilə görüşü keçirilir. Bu barədə Trend ə Azərbaycan Prezidenti mətbuat xidmətindən bildiriblər. ATƏT-in Minsk qrupu həmsədrləri Bakıya keçən gecə Moskvadan gəliblər. Missiyanın tərkibinə Bernar Fasye (Fransa), Yuriy Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik daxildir.

Prezidentlə görüşdən sonra həmsədrlərin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla naharda iştirak edəcəkləri, günün ikinci yarsında isə Yerevana yola düşəcəkləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti