...

Azərbaycanlı hərbi əsir Samir Məmmədov evə üçüncü məktubunu göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2007 12:58 (UTC +04:00)

Fevralın 14-də Ermənistanda hərbi əsir olan kiçik serjant Samir Məmmədovun doğmaları Yerevandan üçüncü məktubu alıblar. Bu barədə Trend ə S.Məmmədovun əmisi Vidadi Məmmədov məlumat verib.

Onun sözlərinə görə, məktubda növbəti misralar yazılıb: "Mən özümü yaxşı hiss edirəm, yəqin bu mənim qismətimdir".

S.Məmmədov Qazax rayonunun sərhəd hissəsində hərbi xidmət keçib və 2006-cı il dekabrın 23-də Qazax rayonu və Ermənistanın İcevan rayonu sərhədində əsir götürülüb. Əsir götürülərkən onun üstündə silah və hərbi sursat olmayıb.

S.Məmmədovdan sonuncu məktub fevralın 6-da alınıb.

Xəbər lenti

Xəbər lenti