...

QAT Minsk qrupunu Dağlıq Qarabağdakı separatçı rejimə bəraət qazandırmaqda ittiham edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2007 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Genevrə görüşü növbəti dəfə vasitəçilərin ermənipərəst mövqeyini nümayiş etdirib. Bu fikirləri Qarabağ Azadlıq Təşkiatının martın 15-də yaydığı bəyanatdandır.

Danışıqlarda Qarabağ münaqişəsinin nizamlanmasının bəzi prinsipləri adlanan məsələlər müzakirə olunub, Dağlıq Qarabağın ətrafındakı rayonlardan erməni qoşunlarının çıxarılması, oradakı separatçı rejimə aralıq statusunun verilməsi və onun beynəlxalq təşkilatarla əlaqələrinə şərait yaradılması kimi məsələlər nəzərdən keçirilib: "Göründüyü kimi, Minsk qrupu həmsədrləri heç bir halda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş işğal faktını tanımaq istəmir, diqqəti işğal faktından yayındırmağa, Dağlıq Qarabağdakı separatçı rejimə "aralıq statusu" verməklə erməni işğalına bəraət qazandırmağa, qondarma quruma beynəlxalq təminat verməyə çalışırlar".

QAT hesab edir ki, müzakirə olunan danışıqlar zamanı məsələlərin hamısı Azərbaycanın maraqlarına ziddir. Həmsədrlər birmənalı şəkildə erməni tərəfinin tələblərini təmin etməyə, iddialarını yerinə yetirməyə çalışırlar. Azərbaycan belə danışıqlardan imtina etməli, torpaqlarını hərbi yolla işğaldan azad etməlidir.

Xəbər lenti

Xəbər lenti