...

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin iclası keçiriləcək.

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2007 16:23 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Bu gün yerli vaxtla saat 14.00-da Avropa Şurasının mərkəzi binasında AŞPA-nın Dağliq Qarabağ üzrə alt komitəsinin növbəti iclası keçiriləcək.

İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək və Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini bir daha iclas iştirakçılarına çatdıracaq.

İclasda Azərbaycanın torpaqlarının 15 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunması və Azərbaycandaki məcburi köçkünlərin vəziyyəti məsələlərinə toxunulacaq.

Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi iclasda Ermənistan tərəfini təmsil edən nümayəndələrə tutduqları işğalçı mövqeyin Avropa Şurası qanunlarına və dəyərlərinə zidd olduğu bir daha xatırladılacaq.

Xəbər lenti

Xəbər lenti