...

Gürcü politoloq: Dağlıq Qarabağ Azərbaycan, Cavaxetiya Gürcüstan torpağıdır, erməni yox

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2007 16:35 (UTC +04:00)
Gürcü politoloq: Dağlıq Qarabağ Azərbaycan, Cavaxetiya Gürcüstan torpağıdır, erməni yox

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Dünya tarixində ermənilərin qonşu ölkələrə bu cür hörmətsiz münasibət, bu ölkə xalqlarının tarixini saxtalaşdırmaq və əhalisinin mədəniyyətini özününküləşdirmək kimi yalançı hərəkətlərinin bənzəri yoxdur. Bunu Trend ə iqtisad elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının professoru Anzor Totadze bildirib.

Alimin sözlərinə görə, bir çox tarixi faktların kobud formada saxtalaşdırılmasının müəllifi Suren Ayvazyan və başqalarıdır.

"Ayvazyanın fikrincə, Gürcüstan şimali, Azərbaycan isə şərqi Ermənistan razisində yaradılıb. Sübut etməyə cəhd edirlər ki, Bakurakert (Bakı) adlandırılan ərazi minillər boyu Şərqi Ermənistanın paytaxtı olub. Eyni zamanda isə Ermənistan dövlətinin əsası eramızdan əvvəl 2107-ci ildə qoyulub", - deyə Totadze məlumat verib.

"Azərbaycan və gürcü xalqına qarşı fərsiz bir əl tərəfindən hazırlanmış əsassız, cəfəngiyyatdan başqa bir şey olmayan iddialar irəli sürülür",-deyə alim qeyd edib. "Bu yalançıların fikrincə, bütün Cənubi Qafqaz minillər boyu özündə yalnız Ermənistanı əks etdirib. Bu da tamamilə erməni alimlərinin xəstə istəklərinə uyğundur. Bütün saxtakarlıqlar ermənilərin Cavaxetiyaya qarşı olan ərazi iddialarına gətirib çıxarır", - deyə Totadze söyləyib. Gürcü alim 1595-ci ilin sonunda Cavaxetiyada məskunlaşan əhalinin 95 faizinin gürcü olduğunu bildirərək erməni həmkarlarının çıxışlarını təkzib edib. Alimin sözlərinə görə, ermənilər ilk dəfə burda 1829-cu ildə Türkiyədən qaçarkən peyda olublar. 1830-cu ildə isə onların ardınca böyük köçkün qrupu gəlib.

Bu tarixi faktdır ki, 1829-1831-ci illərdə Samsxe-Cavaxetiya ərazisində 25 min erməni məskunlaşıb. Alimin bildirdiyinə görə, hazırda Cavaxetiyada 70 min, Gürcüstanada isə 250 min erməni yaşayır.

"Dağlıq Qarabağ Azərbaycan, Cavaxetiya isə Gürcüstan torpağıdır, erməni yox"",-deyə Totadze vurğulayıb.

Alim ermənilərin bu cür hərəkətlərini təhlükəli hesab edir və dünya ictimaiyyətini müvafiq tədbir görməyə çağırır. O, bu məsələdə özünün də Elmi Şurada üzv olduğu Azərbaycan MEA-nın İnsan Hüquqları İnstitutunun fəal rolunu yüksək qiymətləndirib.

Rövşən Mustafayevin rəhbərlik etdiyi İnstitutun fəaliyyət istiqamətlərindən biri Cənubi Qafqaza real təhlükə kəsb edən erməni şovinizminin aşkara çıxarılmasıdır.

Professor Mustafayev ilk dəfə olaraq ermənilərin etnokorporasiya problemini qaldırıb və özünün "Strasti po virtuali" əsərində bunun öyrənilməsi metodikasını göstərib. Öz əsərlərində o, bu məsələyə Cənubi Qafqazda stabillik üçün ciddi təhlükə kimi yanaşmağı təklif edir. Politoloq hesab edir ki, ən mobil və sıx etnoasosial təşkilat olan ermənilik müxtəlif dövrlərdə fərqli imperiyalardan gələn regionun dezinteqrasiyası üzrə bu və digər tapşırıqları yerinə yetirməyə qadirdir.

Xəbər lenti

Xəbər lenti