...

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2007 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri bazar günü axşam saat 20.50-də Ermənistanın İcevan rayonunun Kayan kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, bir neçə dəqiqə davam edən atəşkəsin pozulması nəticəsində itki qeydə alınmayıb və düşmən cavab atəşi ilə susdurulub.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti