...

Azərbaycanlı və erməni icma rəhbərlərinin görüşü üçün razılıq əldə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2007 14:51 (UTC +04:00)
Azərbaycanlı və erməni icma rəhbərlərinin görüşü üçün razılıq əldə olunub

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Dağlıq Qarabağ probleminin həlli istiqamətində erməni və azərbaycanlı icma rəhbərlərinin görüşü üçün hər iki tərəf qismən razılığını verib. Bu barədə cümə günü Trend ə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Nizami Bəhmənov məlumat verib. Onun sözlərinə görə, hazırda beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri bu formatda görüşün baş tutuması üzərində iş aparır.

"Problemin həlli üçün ilk öncə azərbaycanlılar öz torpaqlarına qayıtmalıdr. Bundan sonra Dağlıq Qarabağın statusunu müzakirə etmək olar" - deyə Bəhmənov bildirib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərirlər.

Bəhmənov hesab edir ki, problemin həlli üçün erməni və azərbaycanlı icma rəhbərlərinin görüşü vacibdir. O, ilin sonuna kimi görüşün baş tutacağı ehtimalının böyük olduğunu deyib.

Ermənistan Azərbaycan ərazisinin 20 %-ni, Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti