Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Amerikanın Xarici Siyasət Şurasının vitse-prezidenti Aylan Berman hesab edir ki, ABŞ və Rusiyanın Qəbələ RLS-lə bağlı əməkdaşlığı qeyri-mümkündür.
"Moskva açıq-aydın bəyan edib ki, onun təklifi ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemi yerləşdirməkdən imtina edib-etməməsindən asılıdır" - deyə Berman bildirib.
2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsində Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. Prezident Azərbaycanda RƏMS-in yerləşdirilməsi ilə bağlı təklifin sistemin Polşa və Çexiya ərazisində yerləşdirilməsi ilə müqayisədə üstün olduğunu qeyd edib. RF prezidenti qeyd edib ki, Qəbələ RLS rəqibin raketlərini vurmağa imkan verəcək. "Bu zaman raketin qalıqları Avropa şəhərlərinin ərazisinə deyil, dənizə düşəcək ki, bu da az əhəmiyyət daşımır" - deyə prezident bildirib.
Çərşənbə günü Trend ə eksklüziv müsahibəsində Berman bildirib ki, Amerika, Azərbaycan və Rusiyadan olan ekspertlərin Qəbələ RLS-in mükmün istifadəsini müzakirə etmək məqsədilə keçirdikləri görüş böyük əhəmiyyət daşıyır. Azərbaycan, Rusiya və ABŞ-dan olan ekspertlər sentyabrın 18-də birgə istifadə olunması məqsədilə Qəbələ RLS-in texniki imkanlarını araşdırıblar.
"Prezident Putinin Qəbələ RLS-in birgə istifadəsini nəzərdə tutan raket əleyhinə müdafiə sistemi sahəsində əməkdaşlığa dair təklifi ABŞ üçün çox mühüm olan bir məsələdə, İran İslam Respublikasının qarşısın almaq yolları məsələsində Kremlin bu ölkəyə kömək göstərmək cəhdi ilə bağlıdır" - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Vaşinqton rəsmiləri artıq bəyan ediblər ki, heç nəyə baxmayaraq, ABŞ Avropada RƏMS-in yaradılması fikrindən daşınmayacaq. "Əsas məsələ Rusiya və ABŞ-ın buna baxmayaraq ortaq məxrəc tapa bilmələridir" - deyə Berman əlavə edib.