...

Dinc aksiya zamanı saxlanılan gənclər sərbəst buraxılıblar

Siyasət Materials 26 Sentyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın təhsil sistemində islahatlar aparılması tələbləri ilə çərşənbə günü dinc aksiya keçirməyə cəhd göstərən "Dalğa" Gənclər Hərəkatının fəalları polis bölməsindən sərbəst buraxılıblar. Bu barədə Trend ə gənclər təşkilatının təmsilçisi Səda Həsənova məlumat verib.

Gənclər Bakının Sahil bağından başlayaraq, mərkəzi küçələrdə ayaqyalın yürüş ediblər. Gənclər bu yolla diqqəti özlərinə cəlb edərək, təhsil sahəsindəki problemləri cəmiyyətin diqqətinə çatdırmaq niyyətində idilər.

Lakin polislər Sahil bağında aksiyaçıların bir neçəsini saxlayıb. Qalan gənclər isə, Fəvvarələr meydanına, Nizami heykəlinin yanına qədər yürüş ediblər. Sahil bağında 17 nəfər aksiyaçı saxlanılaraq, Səbail Rayon 39-cu polis bölməsinə aparılıblar. Bir neçə saatdan sonra gənclər sərbəst buraxılıblar. Onlara heç bir cərimə tətbiq olunmayıb və yazılı xəbərdarlıq edilməyib.

Gənclər Sahil bağına qayıdaraq, orada qoyub getdiklərini ayaqqabılarını geyiniblər.

Xəbər lenti

Xəbər lenti