Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Hakim "Yeni Azərbaycan" partiyası və Rusiyanın "Vahid Rusiya" siyasi partiyası cümə axşamı Bakıda əməkdaşlıq haqqında saziş imzalayıb.
Sazişə əsasən, tərəflər ikitərəfli əməkdaşlıq üzrə məsləhətləşmələr keçirəcək, həmçinin, beynəlxalq səviyyədə informasiya mübadiləsi həyata keçirəcəklər.
"Vahid Rusiya" partiyasının, bundan əlavə , səkkiz ölkə ilə bu cür sazişi var.